"Neftçi" ilə görüşümüzü səbirsizliklə gözləyirəm" - "Araz-Naxçıvan"ın yeni təyin edilmiş baş məşqçisi

12:16 - 7 Yanvar 2026

“Araz-Naxçıvan”a yeni baş məşqçi təyin olunmuş Andrey Demçenko “Neftçi"nin çalışdırıcısı Yuri Vernidubla dueli haqda danışıb.

Sportal.az xəbər verir ki, “sport.ua” portalına açıqlama verən Demçenko “Neftçi”yə qarşı görüşü səbirsizliklə gözlədiyini bildirib:

“General olmağı arzulamayan əsgər, pis əsgərdir. Yuri Nikolayeviç peşəkarlığını ən yüksək səviyyəyə qaldırıb. Demək kifayətdir ki, o, Çempionlar Liqasında “Real”ı Madriddə  məğlub edib. Təcrübəli məşqçidir və onun komandası ilə rəqabət aparmaq həmişə maraqlıdır. Görüşümüzü səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Misli Premyer Liqasının 18-ci turu çərçivəsində "Araz-Naxçıvan" "Neftçi" ilə qarşılaşacaq. Həmin matç fevralın 1-də "Liv Bona Dea Arena"da keçiriləcək.

Xəbər xətti