“Sabah” hücumçu Neqoş Kupusoviçlə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, serbiyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Neqoş 2024-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 29 oyun keçirib.
Klub Neqoş Kupusoviçə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
saytlarin hazirlanmasi
