İngiltərənin "Mançester Siti" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "şəhərlilər"in aparıcı oyunçularından olan Savinyo sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Pep Qvardiola məlumat verib.
Braziliyalı vinger Premyer Liqanın 20-ci turunun "Sanderlend"lə matçında sıradan çıxıb. 21 yaşlı futbolçu təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Mançester Siti" Savinyonu 2024-cü ilin yayında Fransanın "Trua" klubundan 25 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
