"Qəbələ" qış toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib. Baş məşqçi Kaxaber Tsxadadze matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib:
“Təlim-məşq toplanışına böyük yükləmələrlə başlamışıq. Bu gün ilk yoxlama oyunumuzu keçirdik. Qələbə qazansaq da, çox səhvlərə yol verdik. Aydın məsələdir ki, ilk oyun idi. Hesab edirəm ki, daha yaxşı oyun nümayiş etdirməliyik. Hamının vaxtı azdır. Çempionatın başlamasına 2 həftə qalır. Həm fiziki, həm də oyun kondinsiyalarımızı tez bərpa etməliyik. Daha iki yoxlama oyunumuz olacaq. Yanvarın 14-də “Araz-Naxçıvan” və 18-də “Baku Sportinq”lə qarşılaşacağıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
saytlarin hazirlanmasi
