"Real" UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində doğma meydanda "Benfika"nı qəbul edəcək.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi matça ciddi itki ilə çıxacaq.
Kilian Mbappe vacib oyunda komandaya kömək edə bilməyəcək. Fransalı forvardın dizində zədə var. 27 yaşlı hücumçunun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
Kilian Mbappe bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 38 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Real" - "Benfika" qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandalar arasında Lissabonda keçirilən ilk matç İspaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
saytlarin hazirlanmasi
