Kriştiano Ronaldo zədələndi, meydanı axsayaraq tərk etdi

11:18 - 1 Mart 2026

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo zədələnib.

Sportal.az “TASS” agentliyinə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı liqasının 24-cü turunun "Əl-Fayha" ilə səfər görüşündə sıradan çıxıb.

O, görüşün 81-ci dəqiqəsində meydandan axsayaraq kənara çıxıb və ehtiyat oyunçular skamyasında onun bud əzələsinə dərhal buz qoyulub.

Futbolçunun bud əzələsindən zədələndiyi bildirilir.

Təcrübəli futbolçunun nə vaxt məşqlərə qoşulacağı hələ ki bəlli deyil.

41 yaşlı hücumçu 21 qolla Səudiyyə Ərəbistanı Premyer Liqasının bütün zamanların bombardiri siyahısında üçüncü yerdədir.

“Əl-Nəsr” 24 oyundan sonra 61 xalla Səudiyyə Ərəbistanı Premyer Liqasının turnir cədvəlinə başçılıq edir.

Xəbər xətti