Liverpul" yay transfer dövründə Məhəmməd Salah üçün əvəzləyici axtarışına aktiv şəkildə başlayacaq.
Sportal.az xəbər verir ki, KİV-lər bu mövqe üçün əsas namizədlərdən biri kimi "Yuventus"un futbolçusu Fransişku Konseysanın adını çəkir.
23 yaşlı vinger 2024-cü ilin yayında "Portu"dan əvvəlcə 9,5 milyon avro məbləğində icarə əsasında çıxış etdikdən sonra, 32 milyon avroya İtaliya klubuna tam transfer olunub.
Lakin bu mövsüm Fransişkunun məhsuldarlığı yüksək deyil. Portuqaliyalı futbolçu 34 oyunda (2079 dəqiqə) cəmi 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Gözlənilir ki, bu göstəricilər onun mümkün transfer qiymətinə təsir edəcək və klublar danışıqlara təxminən 25 milyon avrodan başlayacaqlar.
saytlarin hazirlanmasi
