Mirça Luçesku millidən getdi - RƏSMİ

15:59 - 2 Aprel 2026

Rumıniya milli komandasının baş məşqçisi Mirça Luçesku vəzifəsindən ayrılıb.

Sportal.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

80 yaşlı mütəxəssis iyulun 31-dən nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Federasiya təcrübəli çalışdırıcıya göstəridyi xidmətlərə görə təşəkkür edib.

Qeyd edək ki, Mirça Luçesku 2024-cü ilin yayında yığmanın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Onun rəhbərlik etdiyi kollektiv DÇ-2026-nın seçmə mərhələsinin pley-off yarımfinalında Türkiyəyə 0:1 hesabı ilə məğlub olub.

Xəbər xətti