"Real" və Fransa millisinin hücumçusu Kilian Mbappe azarkeşlər tərəfindən üzləşdiyi irqçilik hadisəsini xatırlayıb.
Sportal.az xəbər verir ki, Fransa millisi Avro-2020-də 1/8 finalda İsveçrəyə uduzaraq turniri tərk etmişdi (3:3, penaltilər – 4:5). Həmin vaxt PSJ formasını geyinən Mbappe penaltilər seriyasında zərbəni qaçırmışdı.
“Məni meymun adlandırmağa başladılar. Öz-özümə düşünürdüm: "Mənim üçün milli komanda hər şeydir, amma bir qol vurmayanda səni ən aşağı səviyyəyə endirən insanlar üçün oynayıram". Bu, mənim üçün çox ağır idi. Məzuniyyətə getdim və ilk günlər sanki "canlı meyit" kimi idim. Mən milliyə gələndə dərhal dünya çempionu oldum və milli qəhrəman idim. Düşünürdüm ki, Fransa möhtəşəmdir. Amma sonra bu zərbə gəldi. Bu, çox çətin idi.
Dedim ki, qayıtmaq istəmirəm. Noel Le Graet ilə görüşdüm və ona dedim: "Artıq millidə oynamayacağam". Düşünürdüm ki, məni belə adlandıran insanlar üçün oynaya bilmərəm. O isə dedi: "Sən elə bilirsən ki, buradan çıxıb getsən, mən razılaşacağam?" və bunu unutmağımı istədi”, – deyə Mbappe bildirib.
saytlarin hazirlanmasi
