"Liverpul"un baş məşqçisi: "Daha çoxuna layiq idik"

11:48 - 15 Aprel 2026

"Liverpul"un baş məşqçisi Arne Slot Çempionlar Liqasının 1 /4 final mərhələsinin ikinci oyununda evdə PSJ-yə 2:0 hesablı məğlubiyyətlə bağlı şərh verib.

Sportal.az UEFA-ya istinadən xəbər verir ki, niderlandlı mütəxəssis komandasının evdə də rəqibinə uduzaraq ÇL-lə vidalaşması haqda fikirlərini bildirib:

"Ötən həftə 2:0 hesablı məğlubiyyətdən sonra evimizə gəlmişdik. Keçən mövsüm də oxşar vəziyyət idi. Parisdə layiq olduğumuzdan daha çox şey qazandıq, evdə isə əldə etdiyimizdən daha çoxuna layiq idik. Həmin matçda qalib gəlməli idik və mənim fikrimcə, qalib gəlməyə də layiq idik. PSJ-nin səviyyəsini də qeyd etməyə dəyər. Osman Dembelenin son oyunu onun niyə "Qızıl top"u qazandığını və PSJ-nin ötən mövsüm Çempionlar Liqasını qazandığını, bu mövsüm daha bir kubok qazanmaq üçün yaxşı şansını qoruduğunu göstərdi.

Keçən həftə bizim üçün çox çətin keçdi və gərgin alındı. Amma bir həftə ərzində oyunumuzu xeyli yaxşılaşdıra biləcəyimizi göstərdik. Futbolçularımı tərifləmək istəyirəm. Oyunçular məğlub olduğumuz zaman belə mübarizə aparmağa davam etdilər. Çoxlu qol şansı yaratdıq, amma bu mövsüm dəfələrlə baş verib. İki qol vurmaq istəyirdik, amma heç birini də vurmaq alınmadı. İndi növbəti Çempionlar Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparmalıyıq".

Xəbər xətti