Hacı Əliyevə mayor rütbəsi verildi

12:18 - 15 Aprel 2026

Güləş üzrə dördqat Avropa və üçqat dünya çempionu Hacı Əliyevə mayor hərbi rütbəsi verilib.

Sportal.az xəbər verir ki, bu barədə idmançının özü məlumat verib.

Əliyev məsələ haqda sosial şəbəkə hesabında yazıb:

"Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Hacı Əliyev olaraq Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir".

Xəbər xətti