Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Sabah" və "Qarabağ" arasında (ilk oyun 2:2) keçiriləcək cavab görüşünə maraq yüksəkdir.
Sportal.az xəbər verir ki, həmin matç üçün satışa çıxarılan biletlərin artıq 3000-dən çoxu satılıb.
Matç Masazırdakı "Bank Respublika Arena”sında keçiriləcək.
Bu stadion isə 8700 tamaşaçı tutumuna malikdir. “Sabah" - "Qarabağ" matçı aprelin 22-də keçiriləcək və oyununa 20:00-da start veriləcək.
saytlarin hazirlanmasi
