"Andorra ilə görüşdə qol buraxmağımız bir az gözlənilməz oldu qol buraxmağımız. Bu futboldur, burada hər şey baş verir. Önəmli olan 2 dəqiqədən sonra qol vuraraq cavab verməyimiz oldu. Bu amil psixoloji olaraq da, tez toparlanmağımıza kömək oldu. Ola bilər ki, oyunun startında həyəcandan oyun bəzən alınmaya bilir. Əsas olan səbrimizi, soyuqqanlılığımızı qoruyub-saxlaya bildik. Sonda qələbə qazandıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının hücumçusu və kapitanı Sevinc Cəfərzadə deyib.
O, millimizin Millətlər Liqasının 3-cü turunda Andorraya səfərdə 3:1 hesabı ilə qalib gəlmələrindən danışıb.
Bununla yanaşı, yığma komandamızın aparıcı üzvü növbəti görüşlərdə də əsas hədəfin qələbə olduğunu bildirib: "Düşünürəm ki, hazırkı vəziyyət bizi razı salır. Amma daha yaxşı nəticə üçün mübarizə aparırıq. Macarıstan çox güclü komandadır, bunu hər kəs bilir. Amma mən öz komandama güvənirəm. Nəticə nə olur-olsun biz əlimizdən gələnin ən yaxşısını etmək üçün çalışıb-vuruşuruq. Millimizi qarşıda 3 oyunu var. Hər oyun önəmli olacaq, tək Macarıstana qarşı deyil. Öncə bu matçlarda maksimum çox xal toplamalıyıq. Bunun üçün mübarizə aparacağıq. Qrupdan çıxacağımıza çox inanıram. Önəmli odur ki, zədəlilərimiz və sarı kart limitinə düşən oyunçularımız olmasın ki, tam gücümüzlə mübarizə apara bilək".
Andorra ilə görüşdə dublla yadda qalan Cəfərzadə milli üçün maksimumu etməyə daim hazır olduğunu söyləyib: "
Mirbağırağa
saytlarin hazirlanmasi
