"Qarabağ" futbolçusu Marko Yankoviçlə müqaviləni uzatmaq niyyətindədir.
Sportal.az Sport24.az-a istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov 30 yaşlı yarımmüdafiəçini komandada saxlamaq istədiyini klub rəhbərliyinə çatdırıb.
Rəhbərlik artıq monteneqrolu oyunçu ilə danışıqlara start verib. Klub tərəfi Yankoviçin mövsümün sonunadək qərar verməsini istəyir. Razılıq əldə olunmayacağı təqdirdə isə yay transfer dönəmində futbolçunun başqa kluba satılması variantı nəzərdən keçiriləcək. Çünki onun "Qarabağ"la müqaviləsi 2027-ci ilin iyununda başa çatır. Yarımmüdafiəçinin başqa klublardan təklifləri də var.
Qeyd edək ki, Marko Yankoviç 2022-ci ildən "Qarabağ"ın formasını geyinir.
saytlarin hazirlanmasi
