"Arsenal" və "Yuventus"un sabiq qapıçısı Aleks Manninqer 48 yaşında vəfat edib.
Sportal.az xəbər verir ki, avstriyalı keçmiş qolkiper qəzada həlak olub.
Manninqerin idarə etdiyi avtomobil qatarla toqquşub. Hadisə Zaltsburq şəhərində baş verib. Avstriya millisinin sabiq üzvü hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, AAlkes Manninqer karyerası ərzində "Zaltsburq", "Arsenal", "Fiorentina", "Espanyol", "Torino", "Bolonya", "Breşiya", "Udineze", "Auqsburq", "Liverpul" kimi klublarda çıxış edib. O, "Arsenal"la İngiltərə, "Yuventus"la İtaliya çeempionu olub. Qapıçı Avstriya yığmasının heyətində 33 oyun keçirib.
saytlarin hazirlanmasi
