"Başakşehir"in futbolçusu Yusuf Sarı Super Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Beşiktaş" türkiyəli vingeri transfer etmək istəyir. Bu barədə jurnalist Serkan Morova məlumat yayıb.
"Ağ-qaralar"ın baş məşqçi Sergen Yalçın klub rəhbərliyinə Sarının transferi üçün razılıq verib. Klubu 27 yaşlı oyunçunu təxminən 4-5 milyon avroya satmağaa hazırdır.
Qeyd edək ki, Türkiyə millisinin üzvü olan Yusuf Sarı bu mövsüm "Başakşehir"in heyətində meydana çıxdığı 26 rəsmi matçda 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İstanbul klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi
