"Qalatasaray"ın futbolçusu Qabriel Sara karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Aston Villa" Braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Birmingem təmsilçisi 27 yaşlı oyunçu üçün artıq istanbul nəhəngi ilə rəsmi danışıqlara başlayıb.
Qeyd edək ki, "Qalatasaray" Qabriel Saranı 2024-cü ilin yayında "Norviç"dən 18 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 42 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
