"Fənərbaxça" 16 milyon avroluq təklifi qəbul etmədi

17:15 - 1 May 2026

"Fənərbaxça"nın müdafiəçisi Arçi Braun karyerasını ölkəsində davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Nottingem Forest" ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Premyer Liqa klubu Braun üçün 16 milyon avroluq təklif göndərib. İstanbul nəhəngi isə 23 yaşlı sol cinah müdafiəçisi üçün 18 milyon avro tələb edir.

Qeyd edək ki, "Fənərbaxça" Arçi Braunu mövsümün əvvəlində "Gent"dən transfer edib. İngiltərə U-20 millisinin sabiq üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti