Robert Levandovski "Barselona"dan ayrılır

20:26 - 13 May 2026

​"Barselona"nın ğhücumçusu Robert Levandovski klubunu dəyişməyə hazırlaşır. Nüfuzlu insayder Fabrisio Romanonun verdiyi məlumata görə,

Sportal.az xəbər verir ki, 37 yaşlı polşalı futbolçu yeni müqavilənin imzalanması ilə bağlı "blauqrana" rəhbərliyi ilə aparılan danışıqlardan qəti şəkildə imtina edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Levandovskinin İspaniya klubu ilə hazırkı müqaviləsi iyunun 30-na qədər nəzərdə tutulub. Tərəflər əməkdaşlıq şərtləri ilə bağlı razılıq əldə edə bilməyiblər. Buna görə də polşalı forvard danışıqları dayandırmaq barədə qərar qəbul edib. Levandovski Kataloniya təmsilçisini azad agent statusu ilə tərk edəcək.

Təcrübəli hücumçunun xidmətində artıq İtaliya, Amerikanın MLS və Səudiyyə Ərəbistanı klubları maraqlıdır. Lakin yüksək maliyyə tələblərinə görə Avropa komandaları üçün oyunçu uğrunda mübarizədə rəqabətə tab gətirmək olduqca çətin olacaq.

​Qeyd edək ki, Robert Levandovski cari mövsümdə "Barselona"nın heyətində 43 matçda iştirak edib və 18 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti