Bernardo Silva "Yuventus"da oynamağın necə bir hiss olduğunu öyrənmək istəyib.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin klubu yarımmüdafiəçiyə ildə 6 milyon avro maaş, əlavə olaraq isə 2 milyon avro bonus verməyə hazırdır. Müqavilə 2 illik olacaq və daha bir il uzatma seçimi nəzərdə tutulur.
Bernardo Silva bu variantı nəzərdən keçirir və məlumat toplayır. O, "Yuventus"un keçmiş futbolçuları – Kriştiano Ronaldo, Joao Kanselo və Danilo ilə danışıb və onlar transfer ideyasını dəstəkləyiblər.
31 yaşlı portuqaliyalı futbolçu "Mançester Siti"dən azad agent kimi ayrılır.
saytlarin hazirlanmasi
