Arne Slotla yollarını ayıran "Liverpul"un yeni baş məşqçisi müəyyənləşmək üzrədir.
Sportal.az xəbər verir ki, böyük ehtimalla Mersisayd təmsilçisini Andoni İraola çalışdıracaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Qırmızılar" artıq ispaniyalı mütəxəssislə danışıqlara başlayıb. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.
Qeyd edək ki, Andoni İraolanın son iş yeri "Bornmut" olub. 43 yaşlı məşqçi mövsüm başa çatdıqdan sonra PPremyer liqa klubundan ayrılıb.
saytlarin hazirlanmasi
