Almaniya klubu sabiq baş məşqçisini geri qaytardı

12:17 - 31 May 2026

“Ayntraxt”(Frankfurt) klubunun baş məşqçi vəzifəsinə Adi Hütteri təyin edilib.

Sportal.az xəbər verir ki, o, Albert Rieranı əvəz edəcək. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Danışıqlardan sonra tərəflər tam razılığa gəliblər. 56 yaşlı avstriyalı məşqçi ilə müqavilə 2029-cu ilə qədərdir.

Rəsmi müqavilə bu gün imzalanacaq. Hütterin son klubu 2023-cü ildən 2025-ci ilə qədər “Monako” olub. "Ayntraxt" ötən mövsüm Bundesliqada turnir cədvəlində səkkizinci yeri tutub. Adi 2018-2021-ci illərdə Frankfurt klubunu çalışdırıb.

Xəbər xətti