"Qəbələ" birinci, "Sabah" sonuncudur - bölgə klubuna 350 min manat bonus ödənəcək

12:42 - 10 İyun 2026

AFFA İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən 2025/26 mövsümündə yerli futbolçuların meydana çıxmasına görə, klublara əlavə pul ödənəcək. Mövsümün yekunlarına görə, "Qəbələ" bu siyahıda birinci, yerli futbolçulara ən az güvənən "Sabah" isə sonuncu olub.

Sportal.az saytının əldə etdiyi məlumata görə, "Qəbələ"yə 350 min manat ödəniş ediləcək. Bu məbləğin 50 min manatı birinci olduqları üçün, qalan hissəsi əmsallara görə bölgə klubuna düşəcək. 

Qeyd edək ki, "Qəbələ" bu mövsüm Premyer Liqada 11-ci yeri tutub. Kaxaber Tsxadadzenin komandası pley-off matçında "Mingəçevir"i məğlub edərək elitada yerini qoruya bilib. 

Xəbər xətti