Luka Modriç karyerasını başa vurmağa yaxındır.
Sportal.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Yarımmüdafiəçinin "Milan" ilə müqaviləsi iyunun sonunda başa çatır və əgər vəziyyətdə ciddi dəyişiklik olmazsa, 40 yaşlı futbolçu Dünya Kuboku başa çatdıqdan sonra peşəkar futbolçu karyerasını yekunlaşdıracaq.
Bildirilir ki, Modriç son həftələrdə bir neçə təklif alıb, lakin hazırda karyerasını davam etdirmək üçün lazımi motivasiyanı tapmaqda çətinlik çəkir.
Xorvatiyalı ulduzun "Real"a qayıtması mümkündür, lakin artıq futbolçu kimi yox. Həm klub, həm də Modriç hesab edir ki, onun əsl evi Madriddir və gələcəkdə başqa bir vəzifədə “kral klubu”na qayıda bilər.
saytlarin hazirlanmasi
