"Qarabağ" Bakıda hazırlığını davam etdirir - FOTOLAR

22:25 - 12 İyun 2026

İyunun 10-dan Bakıda bir araya gələn "Qarabağ" növbəti mövsümün hazırlığın ilk mərhələsini paytaxtda davam etdirir. Bu mərhələ iyunun 22-dək davam edəcək.

Sportal.az xəbər verir ki, “Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Komanda hazırlığın ikinci mərhələsini Tirol əyalətində keçirəcək. Avstriya toplanışı iyulun 2-dək davam edəcək.

Təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Ağdam təmsilçisi iyunun 27-də Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə qarşılaşacaq. Görüş yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 19:00) başlayacaq.

“Qarabağ” iyulun 1-də iki görüşə çıxacaq. Komanda toplanışda ikinci yoxlama matçını iyulun 1-də Ukraynanın “Metallist” komandasına qarşı keçirəcək. Oyun yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə saat 15:00) start götürəcək. Avstriya hazırlığında son rəqib "Ferentsvaroş" olacaq. Macarıstan təmsilçisi ilə qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00-da) başlayacaq.

Bu gün baş tutan məşqdən olan fotolarla sizi tanış edirik:


Xəbər xətti