"Mərakeşlə oyunun 1:1 başa çatmasına görə minnətdar olmalıyıq" - Braziliya millisinin müdafiəçisi

16:47 - 14 İyun 2026

Braziliya millisinin müdafiəçisi Danilo dünya çempionatının qrup mərhələsində Mərakeşlə 1:1 hesablı heç-heçə ilə bağlı fikirlərini bildirib.

Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, “sambaçı”ların təcrübəli futbolçu qarşıdakı görüşlərlə bağlı pozitiv düşündüyünü deyib:

“İlk hissənin və ümumiyyətlə, oyunun 1:1 hesablı başa çatmasına görə minnətdar olmalıyıq. Bu, növbəti oyun üçün dərs olacaq. Bundan tez bir zamanda dərs çıxarmaq lazımdır. Növbəti görüşlərdə uğurlu olmağa çalışacağıq”.

Braziliya C qrupunda Haiti, Şotlandiya və Mərakeşlə mübarizə aparır.

Xəbər xətti