"Sabah"a yeni idman direktoru təyin edildi

16:46 - 15 İyun 2026

"Sabah" basketbol klubunda yeni təyinat olub.

Sportal.az xəbər verir ki, Lukas Qrabauskas idman direktoru təyin edilib.

Litvalı mütəxəssis son 8 ilini ölkəsinin "Lietkabelis" klubunda keçirib.

Xatırladaq ki, "bayquşlar" Azərbaycan Basketbol Liqasının son qalibidir.

Xəbər xətti