Millimizin üzvü Türkiyə klubuna keçə bilər

16:58 - 15 İyun 2026

Albaniyanın "Partizani" klubunda çıxış edən Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Vanspor" azərbaycanlı vingeri heyətinə qatmaq istəyir. Bu barədə "Vanspor Dijital" məlumat yayıb.

I Liqa klubu 30 yaşlı futbolçu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Vüsal İsgəndərli 2025-ci ilin yayından "Partizani"də çıxış edir. Azərbaycan milli komandasının üzvü 2025/26 mövsümündə Albaniya təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti