"Qarabağ" daha bir legionerin keçidini həll edib.
Sportal.az saytına verilən məlumata görə, "Portimonense"də çıxış edən Samuel Lobato artıq Bakıya gəlib.
Onun həkim müayinəsindən də keçdiyi bildirilir.
"Qarabağ" portuqaliyalı ilə rəsmi müqavilə də imzalayacaq.
24 yaşlı yarımmüdafiəçinin "Portimonense" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
"Boavişta"nın yetirməsi olan Lobato "Famalikao", "Belenenseş", "Tondela" klublarında çıxış edib.
saytlarin hazirlanmasi
