Konfransı Liqasının birinci təsnifat mərhələsinin püşkatması bu gün keçiriləcək.
Sportal.az xəbər verir ki, püşkatmadan əvvəl səpələnməmiş sırasında yer alan "Zirə"nin də ilk rəqibini müəyyən olunacaq.
"Zirə" 1-ci qrupda yer alır və aşağıdakı klublardan biri ilə qarşılaşa bilər: "Torpedo" (Kutaisi, Gürcüstan), "Velej Mostar" (Bosniya və Herseqovina), "Yelimay" (Qazaxıstan), "Elbasani" (Albaniya) və "Petrovaç” (Monteneqro)
Püşkatma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Birinci turun oyunları 9 və 16 iyul tarixlərində keçiriləcək.
