Bakıda hazırlıq keçən “Zirə” iyunun 25-dək çalışmalarını paytaxda davam etdirəcək.
Sportal.az xəbər verir ki, bu müddətdə 1 yoxlama oyunu keçirəcək komanda iyunun 20-də saat 18:00-da “Azərsun Arena”da “Qarabağ”la qarşılaşacaq.
25 iyun - 2 iyul tarixlərində Türkiyənin Bolu şəhərində hazırılığın növbəti mərhələsini keçirəcək "qartallar" burada iki yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 27 iyun və 1 iyul tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi və oyun saatları haqqında məlumat veriləcək.
saytlarin hazirlanmasi
