Konfrans Liqasında iştirak edəcək "Zirə" heyətinə Mərakeşəsilli belçikalı ilə gücləndirə bilər.
Sportal.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi mərkəz hücumçusu Nassim Azauzini Bakıya dəvət edib.
Onun bu komandaya keçidi baxış zamanı özünü necə göstərməsindən asılı olacaq.
Nassim Rəşad Sadıqovun etimadını qazanarsa, “Zirə” onunla müqavilə imzalayacaq.
Belçikanın U-17 və Mərakeşin U-20 yığmasının forvardı olmuş Nassim “Yonq Mexelen”də çıxış edir. Azauzi “Anderlext”in yetirməsidir.
saytlarin hazirlanmasi
