“Liverpul", "Real”, "Nyukasl" və "Mançester Yunayted"in keçmiş hücumçusu Maykl Ouen Portuqaliya millisinin forvardı və kapitanı Kriştiano Ronaldoya ünvanlanan tənqidlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, “Daily Mail”ə danışan veteran forvard mundialın ilk turunda Konqo DR yığmasına qarşı(1:1) keçirilmiş görüşdə qol vura bilməməsi haqda da danışıb:
“Messinin Argentinanın ilk görüşündə üç qol vurduğu vaxtda, Kriştiano Portuqaliyaya kömək edə bilmədi. Amma mən onu tənqid etməyəcəm. Portuqaliya Konqo Demokratik Respublikasına qarşı ən yaxşı oyununu göstərmədi və tənqidlərin çoxu Ronaldonun komanda üçün problem olmasından qaynaqlanır. Bəs müəyyən dərəcədə həmişə belə oynamayıb? Son illərdə o, heç vaxt proaktiv olmayıb, amma yalnız həlledici anlarda irəli çıxıb. Qol vurmasa, onu günahlandırmaq çox asandır. Onun 41 yaşı var və yaşla bağlı problemlər ortaya çıxacaq. Amma bu, əvvəllər dəfələrlə baş verib və o, növbəti matçda hər kəsi susdurub. Özbəkistanla görüşdə tənqidlərə het-triklə cavab versə, təəccüblənmərəm".
Əlavə edək ki, Portuqaliya sabah Bakı vaxtı ilə 21:00-da Özbəkistan yığması ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi
