PSJ-nin hücumçusu Qonsalu Ramuş karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Milan" portuqaliyalı forvardı transfer etmək istəyir. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
"Rossoneri" Ramuşa illik 5 milyon avro maaş ödəməyə hazırdır. Fransa klubu 24 yaşllı forvard üçün 40 milyon avro tələb edir.
Qeyd edək ki, PSJ Qonsalu Ramuşu 2023-cü ilin yayında "Benfika"dan transfer edib. Portuqaliya millisinin üzvü 2025/26 mövsümündə Paris təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
