"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri artıq "Real"ın transfer hədəfləri arasında deyil.
Sportal.az xəbər verir ki, "şəhərlilər"in oyunçusunun "kral klubu"na keçəcəyi uzun müddətdir müzakirə olunsa da, bu transfer baş tutmayacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Madrid klubunun qısa siyahısında beş yarımmüdafiəçi yer alır. İspaniyalı futbolçunun adı onların arasında yoxdur.
Son vaxtlar mətbuatda "Çelsi"nin ulduzu Entso Fernandesin "Real"a keçəcəyi barədə məlumatlar yayılıb. Lakin La Liqa nəhənginin rəhbərliyi argentinalı futbolçu ilə bağlı hələlik yekun qərar qəbul etməyib.
saytlarin hazirlanmasi
