Premyer Liqaya yüksələn klubunun yeni baş məşqçisi bəlli oldu

21:37 - 24 İyun 2026

İngiltərənin "İpsviç Taun" klubunun yeni baş məşqçisi məlum olub.

Sportal.az xəbər verir ki, Premyer Liqaya yüksələn kollektivi Hari Onil çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

43 yaşlı mütəxəssislə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Hari Onilin son klubu Fransada "Strasbur" olub.

Xəbər xətti