Azərbaycanlı qapıçı "Barselona"ya geri qayıtdı

10:16 - 25 İyun 2026

Azərbaycanın U-21 yığmasının sabiq qapıçısı Eldar Tağızadənin Sloveniyanın "Bistritsa" klubu ilə icarə müqaviləsi başa çatıb.

Sportal.az xəbər verir ki, o, "Barselona"nın B komandasına geri qayıdıb.

Tağızadənin Kataloniya klubunda qalacağı, yoxsa fərqli kluba keçəcəyi tezliklə bəlli olacaq. 

Onun yenidən icarəyə verilməsi də mümkündür. 
 

Xəbər xətti