Başa çatan mövsümdə "Şəfa"nı baş məşqçi kimi Premyer Liqaya çıxaran Elgiz Kərəmlinin də "Kəpəz"də keçidi baş tutmayıb. O, Arif Əsədovun məşqçilər korpusunda yer almalı idi. Lakin Əsədov sonda klub rəhbərliyinin təklifini qəbul etməyib. Gənc mütəxəssis Sportal.az saytına açıqlamasında hələ ki rəsmi təklif almadığını və buna görə yeni mövsümə harada başlayacağının bəlli olmadığını deyib:
"Doğrudur, "Kəpəz" məsələsi var idi. Amma alınmadı, xeyirlisi olsun. Təbii ki, həyat davam edir. Düzünü desəm, konkret təklifim yoxdur. Mən də gözləmə mövqeyindəyəm. Əlbəttə ki, təklif olacağı təqdirdə, oturub danışacağıq. Özüm də işləməyə hazıram. Məşqçilik karyeramda gənc yaşda uğur qazandım. Özümü məşqçi karyerama davam etməyə, uğurların davamını gətirməyə hazır hesab edirəm. Təklif olarsa, mütləq dəyərləndirməyə çalışacam. İnanıram ki, təkliflər olacaq".
Mirbağırağa
saytlarin hazirlanmasi
