Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yerli "Tirol" klubu ilə üz-üzə gələcək.
"In Gernot Langes" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək və "Sport TV"də canlı yayımlanacaq.
Qeyd edək ki, "Qarabağ" Avstriyada daha iki hazırlıq matçı keçirəcək. Ağdam təmsilçisi Ukraynanın "Xarkov" və Macarıstanın "Ferentsvaroş" klubu ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi
