"Fənərbaxça"nın sabiq forvardı Toralın komanda yoldaşı ola bilər

12:48 - 1 İyul 2026

"Fənərbaxça” və Niderland millisinin keçmiş hücumçusu Vinsent Yanssen Türkiyəyə geri qayıtmağa hazırlaşır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı forvard I Liqa təmsilçisi “Bursaspor”la danışıq aparır.

Millimizin üzvü Toral Bayramovun da formasını geyindiyi klub təcrübəli futbolçunu heyətində qatmaqda israrlıdır. Maliyyə məsələlərində razılıq əldə olunarsa, transfer baş tutacaq.

Yanssen “Almere Siti”, AZ, “Tottenhem”, “Fənərbaxça”, “Monterrey” klublarında oynadıqdan sonra “Royal Antverp” komandasına keçib.
 

Xəbər xətti