"Barselona" 30 yaşlı müdafiəçini komandada saxladı

13:58 - 1 İyul 2026

"Barselona"nın müdafiəçisi Andreas Kristensen klubda qalıb.

Sportal.az xəbər verir ki, danimarkalı mərkəz müdafiəçisinin müqavilə müddəti 2028-ci il iyunun 30-a qədər artırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kristensen 2022-ci ilin yayında "Çelsi"dən azad agent kimi "Barselona"ya keçmişdi.

Bundan əlavə, 30 yaşlı futbolçu “Borussiya”da (Münhenqladbax) oynayıb.

Xəbər xətti