"Liverpul" fransızla anlaşdı

14:17 - 1 İyul 2026

“Liverpul” “Renn”dən fransız müdafiəçi Jeremi Jakeni heyətinə qatıb.

Sportal.az xəbər verir ki, 20 yaşlı futbolçu İngiltərə klubu ilə uzunmüddətli müqavilə imzalayıb.

O, 2031-ci il iyunun 30-a qədərdir. Bu müqavilə isə beynəlxalq lisenziya aldıqdan sonra qüvvəyə minəcək. Jake 2019-cu ildən “Renn”də oynayır.

Fransız futbolçu bütün yarışlarda 33 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib.

Xəbər xətti