Fransanın "Marsel" klubunun yeni baş məşqçisinın adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisini Bruno Jenezio çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
59 yaşlı mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Bruno Jenezionun son iş yeri "Lill" olub. "Marsel" isə Həbib Beye ilə yollarını ayırıb.
saytlarin hazirlanmasi
