"Mançester Siti" yeni transferi icarəyə verdi

14:20 - 3 İyul 2026

"Mançester Siti" "Trua"dan transfer etdiyi Matis Deturbeni icarəyə verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi fransalı vingeri ölkəsinə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Deturbe "Monako"ya icarəyə verilib. 19 yaşlı futbolçu qarşıdakı mövsümdə Liqa 1 təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Fransa U-19 millisinin üzvü olan Matis Deturbe 2025/26 mövsümündə "Trua"nın heyətində meydana çıxdığı 38 rəsmi matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. "Mançester Siti" gənc oyunçunu iki gün əvvəl 25 milyon avroya transfer edib.

Xəbər xətti