Seneqallı vinger "Mançester Yunayted"in hədəfində

15:08 - 3 İyul 2026

"Kristal Pelas"da çıxış edən İsmaila Sarr İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" seneqallı vingerin xidmətində maraqlıdır. Bu barədə "Teamtalk" məlumat yayıb.

"Qırmızı şeytanlar" artıq Sarrla ilkin danışıqlar aparıblar. 28 yaşlı futbolçu "Mançester Yunayted"ə keçməyə isti yanaşır.

Qeyd edək ki, "Kristal Pelas" İsmaila Sarrı 2024-cü ilin yayında "Marsel"dən 15 milyon avroya transfer edib. Seneqal millisinin üzvü 2025/26 mövsümündə London təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 21 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti