Kevin Medinanın yeni klubu bilindi - RƏSMİ

15:31 - 3 İyul 2026

"Qarabağ"dan ayrılan Kevin Medinanın yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, kolumbiyalı müdafiəçi karyerasını Malayziyada davam etdirəcək.

Medina "Johor Darul Tazim"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı mərkəz müdafiəçisi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Kevin Medina 2020-ci ilin yayından "Qarabağ"da çıxış edirdi.

Xəbər xətti