"Zirə"dən qapıçı transferi - RƏSMİ

21:30 - 3 İyul 2026

"Zirə” heyətinə yeni futbolçu cəlb edib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Hüseynəli Quliyevi heyətinə qatıb. Qapıçı ilə 2 illik müqavilə bağlanılıb. 

Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl “Sumqayıt”, “Səbail” və “İmişli” klublarında çıxış edib.

Xəbər xətti