"Neymar 90 dəqiqənin hamısını oynamağa hazırdır" - Ançelotti

22:30 - 3 İyul 2026

Karlo Ançelotti Neymarın Braziliya millisindəki rolu barədə danışıb.

Sportal.az xəbər verir ki, 34 yaşlı hücumçu DÇ-2026-da indiyədək yalnız bir oyunda iştirak edib. O, qrup mərhələsinin 3-cü turunda Şotlandiya ilə matçda (3:0) 76-cı dəqiqədə meydana daxil olub. 1/16 finalda isə Yaponiya ilə görüşdə (2:1) ehtiyatda qalıb.

Ançelotti futbolçunun vəziyyəti ilə bağlı bunları deyib:

“Bəli, o, 90 dəqiqənin hamısını oynamağa hazırdır. Əlbəttə, yaranmış vəziyyətdən narazıdır, amma özünü çox yaxşı aparır. Əla məşq edir.

Neymara böyük hörmət var, o, xoş xasiyyətli insandır və komanda yoldaşları onu çox sevir. Kollektivdə vacib rolu var, böyük ustadır və buna baxmayaraq çox təvazökar insandır. Mən ondan çox razıyam. Və təbii ki, o da həmişə istədiyi kimi oynamaq istəyir”, – deyə Ançelotti "Folha de S. Paulo" qəzetinə müsahibəsində bildirib.

Xəbər xətti