2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.
Sportal.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Avstraliya və Misir milliləri üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşdığından penaltilər seriyasına üz tutulub. Burada daha dəqiq oynayan Misir millisi adını 1/8 finala yazdırmağı bacarıb.
Qeyd edək ki, Misir yığması 1/8 finalda Argentina - Kabo-Verde cütünün qalibi ilə qarşılaşacaq.
DÇ-2026
1/16 final
22:00. Avstraliya – Misir 1:1 (Penaltilər seriyasl 2:4)
Qollar: M. Hani, 53 (ö.q), - Aşur, 13
saytlarin hazirlanmasi
