"Fənərbaxça"dan futbolçuya rəsmi təklif - 50 milyon avro civarında...

23:25 - 4 İyul 2026

"Fənərbaxça" Mason Qrinvodun transferi üçün rəsmi təklif irəli sürüb.

Sportal.az Türkiyə məatbuatına istinadən xəbər verir ki, Türkiyə klubu "Marsel"in istədiyi 50 milyon avroya yaxın məbləğ təklif edir.

Bildirilir ki, "Roma" da vinger üçün təklif göndərib, lakin bu təklif "Fənərbaxça"nın variantından daha zəif olub.

Qrinvud ötən mövsüm Liga-1də 32 oyunda 16 qol vuraraq "Marsel"in ən yaxşı bombardiri olub.

Xəbər xətti